Abşeron rayonunda ata 5 yaşlı övladını avtomobillə vurub.
"Unikal" xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Vuqar Mehdiyev idarə etdiyi avtomobilini arxaya verərkən ehtiyatsızlıqdan 5 yaşlı oğlu Renat Mehdiyevi vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.(report)