Beyləqanda yataqxanada yanğın hadisəsi baş verib.

"Unikal"ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Beyləqan şəhərində ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində sahəsi 12 m² olan otağın yanar konstruksiyaları, içərisində 1 ədəd paltaryuyan maşın və xariçi divarına quraşdırılan 1 ədəd elektrik sayğacı, ikinci mərtəbəsində taxta konstruksiyadan ibarət aynabənd 3 m² sahədə və qismən binanın dam örtüyünün taxta atmaları 12 m² sahədə yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.