Gürcüstanın keçmiş energetika naziri İliya Eloşvili intihar edib.
"Unikal" xəbər verir ki, bu barədə polis yerli mətbuata açıqlamasında bildirib. Onun meyitinin yaşadığı evində aşkarlandığı bildirilib. Hadisə ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin intihar həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb.
Qeyd edək ki, 47 yaşlı İliya Eloşvili 2017-ci ildən Tbilisi meri Kaxa Kaladzenin müavini olub. O, 2012-2016-cı illərdə Gürcüstanın energetika nazirinin müavini, 2017-ci ildə isə Gürcüstanın energetika naziri vəzifəsini tutub.