Qaret Beyl "Real"ı tərk edib.
"Unikal" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə "instaqram" hesabında məlumat verib. O, klub prezidenti Florentino Peresə və İdarə Heyətinə təşəkkür edib.
Qeyd edək ki, Beyl 2013-cü ildən "Real"da çıxış edirdi.