Yevlax rayonunda iki minik avtomobilli toqquşub.

"Unikal" report-a istinadən xəbər verir ki, "VAZ-21099" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində, Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü E.Ələsgərov və Şamaxı rayon sakini, 1996-cı il təvəllüdlü B.Hüseynov müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.