Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə axşam saatlarında Yeniyol kəndi yaxınlığında baş verib.

Hərəkətdə olan "VAZ" markalı minik avtomobili traktorla toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov