Hollandiyada siqaretin istehlakını azaltmaqdan ötrü uzunmüddətli “bahalaşma planı” hazırlanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın bu ölkəsində yaxın illərdə siqaretin kəskin bahalaşacağı, 2040-cı ilə qədər onun bir qutusunun 47 avroya satılacağı proqnozlaşdırılır.
Hazırda Hollandiyada bir qutu siqaretin orta qiyməti 8 avro müəyyən edildiyi halda, 2025-ci ilə qədər 10 avroya qalxacağı nəzərdə tutulub.