Ermənistanın Baş naziri Nikol Paşinyan, Qarabağda qanunsuz yaradılmış erməni separatçılarının başçısı Arayik Arutyunyanla görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-lərində yayılan məlumata görə, bu dəfəki görüş əvvəlkilərdən gizli olması ilə fərqlənir.
Qeyd olunub ki, bu gün Arutyunyan Ermənistana ciddi məxfilik şəraitində gəlib, hökumət binasında Baş nazir Paşinyanla görüşüb.
Bildirilir ki, görüşün səbəbi mayın 28-də Xankəndində Paşinyan əleyhinə keçirilmiş aksiyaya görədir.
Ağarza Elçinoğlu