Biləsuvarda 65 yaşlı kişi kanalizasiya quyusunda qazdan boğularaq ölüb
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb.
Kanalizasiya quyusuna iş görmək üçün düşən 2 nəfərdən biri, 1957-ci il təvəllüdlü Allahyar Əsgərov qazdan boğularaq ölüb. Qazdan zəhərlənən digər şəxs, 1991-ci il təvəllüdlü Asif Mirzəyev isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.