Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şimali Koreyada COVID-19 ilə bağlı vəziyyətin getdikcə pisləşdiyini düşünür.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan bildirib.
O, məlumatlara çıxışda və yerlərdəki real vəziyyətlə bağlı böyük problemlər olduğunu, bunun vəziyyəti təhlil etməyi çətinləşdirdiyini qeyd edərək KXDR-i ÜST-ə ölkədəki COVID-19 epidemiyası ilə bağlı durumla əlaqədar daha çox məlumat verməyə çağırıb.