Seneqal prezidenti Macky Sall Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Prezidentlikdən verilən yazılı açıqlamada, eyni zamanda Afrika Birliyinin (AfB) Dövr Başçısı olan Sallın AfB Komissiyasının rəhbəri Musa Faki Mahamat ilə birlikdə Rusiyaya səfər edəcəyi bildirilib.
Bəyanatda qeyd olunub ki, Sall və Mahamat iyunun 3-də Soçidə Rusiya prezidenti Putinlə görüşəcəklər.
AfB Dövr Başçısı Sall, hər fürsətdə Afrikanın Rusiya-Ukrayna müharibəsi səbəbiylə ciddi bir qida böhranı ilə üzləşdiyinə diqqət çəkərək, hər iki tərəflə də görüşmək istədiyini dilə gətirib.
Gülayə Mecid