Fövqaladə Hallar Nazirliyi Kür çayında baş verən hadisəyə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən "Unikal"a veirlən məlumata görə, dünən axşam saatlarında baş verən hadisə zamanı istifadə olunan qayıq hər hansı rəsmi qeydiyyata alınmayıb:

"Qayıq kustar üsulla hazırlanıb və rəsmi qeydiyyatı yoxdur".

***

09:29

Mingəçevirdə Kür çayında hərbçilərin olduğu qayıq batıb.

"Unikal"ın məlumatına görə, hərəkətə başladığı zaman qayığa gözlənilmədən su dolmağa başlayıb. Nəticədə qayıq batıb.

Batan qayıqdan suya atılan 11 sərnişin ətrafdakı insanların köməyi ilə sahilə çıxarılıb. Qayığı əlavə texnikanın köməyi ilə sudan çıxarıb sahilə gətirmək mümkün olub.

Hadisə nəticəsində ölən və ya ağır xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov