Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Qərvənd və Baş Qərvənd kəndlərinin ərazisindəyabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 2982 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.