Bakıda itkin düşən 15 yaşlı Xanım Bayramova tapılıb.

Bu barədə "Unikal"a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

***

11:37

Bakıda 15 yaşlı qız itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edib ki, paytaxt sakini S.İsayev Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək qızının itkin düşdüyü barədə məlumat verib.

"Şəkildə gördüyünüz 15 yaşlı Xanım Bayramovanın yeri barədə məlumatı olan şəxslərdən Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə 012-440-02-02, 055-805-93-93 telefon nömrələri, həmçinin DİN-in "102" Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur", - məlumatda bildirilib.