"Barselona"nın futbolçusu Klement Lanqle "Tottenhem"ə keçməyə yaxındır.

"Unikal" "Sport.es"ə istinadən xəbər verir ki, London klubu 26 yaşlı müdafiəçini 1 illik icarə əsasında heyətinə qatacaq. Artıq hər iki tərəf bu keçid barədə danışıqlara başlayıb.

Fransalı oyunçunun Kataloniya təmsilçisi ilə sözləşməsi 2026-da başa çatır.