Son zamanlar Afrikadan digər ölkələrə sürətlə yayılmağa başlayan meymunçiçəyi virusu Latviyada da aşkarlanıb.
"Unikal" xəbər verir ki, Latviyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi ölkədə 1 nəfərdə meymunçiçəyi xəstəliyinin aşkar edildiyini açıqlayıb.
Mərkəz xəstənin 50 yaşında olduğunu və xaricə gedən zaman yoluxduğunu bildirib.
Qeyd edək ki, Nigeriyada meymunçiçəyi səbəbiylə ilk ölüm hadisəsi baş verib.