İrəvanda polislə toqquşmalarda qırxdan çox adam xəsarət alıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir.
“Bu gün Proşyan və Dəmirçiyan küçələrinin kəsişməsində baş verən insidentdə mülki şəxslər və polis əməkdaşları zərər çəkib. Xəstəxanalara 42 nəfər gətirilib. Onlardan 22-si polisdir” – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bugünkü etiraz aksiyasında polis səs qumbaraları tətbiq edib.
xxx
18:15
Ermənistan müxalifəti hökumət binasını bloklayıb.
"Unikal" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, etirazçılar “Fransa” meydanında mitinq keçirdikdən sonra hökumət binasına doğru gediblər.
Mitinq zamanı “Müqavimət” hərəkatının liderlərindən olan İşxan Saqatelyan müxalifətin Sayat-Nova və Nalbandyan küçələrindən keçərək hökumət binasına doğru hərəkət etdiyini açıqlayıb