Cəlilabad rayonunda bədbəxt hadisə baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonunun Uzuntəpə kəndində qeydə alınıb. 

Belə ki, Kazımabad kənd sakini, 2011-ci il təvəllüdlü Cabbarova Rəsmiyə Namik qızı yaxınlarının evinə qonaq gedib. O, yelləncəkdə oynayarkən ip boğazına dolaşıb və bədbəxt hadisə nəticəsində ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev