AZAL şirkətinin Bakıdan Qroznıya uçan "Embraer" təyyarəsi tətbiq edilən “Xalça” planına görə Rusiya şəhərinin hava limanına enə bilməyib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov açıqlayıb. 

"Həmin gün və həmin saatlarda Qroznı hava limanı ərazisində vəziyyət çox çətin idi. Ukrayna pilotsuz təyyarələri tərəfindən Qroznı və Vladiqafqazda mülki infrastrukturlara terror hücumlarının qarşısını almaq üçün "Xalça" planı həyata keçirilib", - deyə o qeyd edib.

Onun sözlərinə görə, sərnişin təyyarəsinin qəzaya uğramasından sonra Rusiya tərəfi qazaxıstanlı və azərbaycanlı həmkarlarına faciənin araşdırılmasında əməkdaşlığa hazır olduqları barədə dərhal məlumat verib.

Ağarza Elçinoğlu