2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

"Unikal"ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.

Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.