Ukrayna qoşunları Severodonetsk ərazisinin 20%-ni işğalçılardan geri alıb.
"Unikal" xəbər verir ki, bu barədə milli telemarafonun efirində Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri düşmənə qarşı qəhrəmancasına döyüşür.
"Mən artıq dəfələrlə eşitmişəm ki, Rusiya ordusu Severodonetski tamamilə ələ keçirib. Ona görə də demək istəyirəm ki, yox, onlar oranı tam ələ keçirməyiblər. Artıq 20 faiz geri çəkiliblər. Ordumuz bu işğalla heç vaxt barışmayacaq" - Qayday deyib.
Ramil Zeynallı