Şəmkir Regional Mədəniyyət İdarəsinin müdiri Azər Rəcəbov saxlanılıb.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən idarədə əməliyyat keçirilib.
Azər Rəcəbov korrupsiya əməllərində şübhəli bilinir. Onunla yanaşı daha bir neçə vəzifəli şəxsin də saxlanıldığı bildirilir.
A.Rəcəbov ötən ilin dekabrında Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinə müdir təyin olunmuşdu.