“Mançester Yunayted” klubunda 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

"Unikal" xəbər verir ki, Kriştiano Ronaldo mövsümün ən yaxşısı seçilib. Hücumçu azarkeşlərin səsverməsi ilə mövsümün ən yaxşısı adına layiq görülüb və “Mett Basbi” kubokunu alıb.

Ronaldo karyerasında 4-cü dəfə bu mükafatı qazanıb ki, bu da qapıçı David De Xea ilə birgə rekorddur.