Albaniyanın paytaxtı Tiranada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycanın yeganə təmsilçisi Dadaş Dadaşbəyli zədələnib.

"Unikal" xəbər verir ki, 102 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz birdən qaldırma hərəkətində 172 kiloqramı ram edib. Lakin o, ağırlığı qaldırarkən qolundan zədə alıb.

Nəticədə azərbaycanlı atlet təkanla qaldırma mərhələsinə qatıla bilməyib.