Nəğməkar-şair Cəlal Qurbanov itlərin hücumuna məruz qalıb.
"Unikal" xəbər verir ki, bu barədə qafqazinfo-ya onun yaxınları bildiriblər. Məlumata görə, hadisə səhər saatlarında Novxanı ərazisində baş verib.

C. Qurbanov övladları ilə birgə at çaparkən 20-dən çox itin hücumuna məruz qalıb.

Şair hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. 

Həmin an övladları bir qədər aralı ərazidə olduqlarından xəsarət almayıblar.