Amerika Basketbol Liqasında (NBA) ilk mövsümündə helikopter qəzasında dünyasını dəyişən əfsanəvi basketbolçu Kobe Brayantın geyindiyi “Los Angeles Lakers” forması hərracda 2 milyon 735 min dollara alıcı tapıb.

"Unikal" xəbər verir ki, "SCP Auctions" hərrac evinin internet saytında verilən açıqlamaya görə, Brayantin 1996-97 mövsümündə NBA-da debüt etdiyi zaman geyindiyi forması, o cümlədən iki pley-off oyunu hərraca çıxarılıb.

Bildirək ki, 26 yanvar 2020-ci ildə 41 yaşında helikopter qəzasında dünyasını dəyişən Bryant, Lakers ilə 5 NBA çempionluğu qazanıb, 18 dəfə  ulduz seçilib və müntəzəm mövsümün ən dəyərli oyunçusu mükafatını alıb. 

Gülayə  Mecid