Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, akademik Əhliman Əmiraslanov Sabirabad rayon ağsaqqalları ilə növbəti görüş keçirib.
"Unikal" xəbər verir ki, görüşdə cəmiyyətin bütün sahələrində həmişə ağsaqqal nüfuzuna, ağsaqqal tövsiyyəsinə və sözünə ehtiyacın olduğu qeyd edilib.
Rayon ağsaqqallarının da bütün sahələrdə hər zaman fəallıq göstərərək öz nüfuzlarından əhalinin mənafeyi naminə istifadə etdiyi iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə çıxış edən ağsaqqallar hazırda rayonda əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışaraq razılıqlarını bildiriblər. Sonra Rayon Ağsaqqallar Şurasının fəaliyyəti və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.
Görüşdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov da iştirak edib.