Rusiyanın Ukraynaya hücumunun üçüncü ayı geridə qalarkən Rusiya prezidenti Vladimir Putinin sadiq müttəfiqi Çeçenistan lideri Ramazan Kadırov təhdidlərini ilə yenidən gündəmə gəlib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,o,bu barədə teleqram kanalında video yayımlayaraq Polşanı "hərbi əməliyyata başlamaqla" hədələyib. Həmçinin videoda Kadırov yaxın günlərdə döyüş meydanında yeni taktikaları işə salacaqlarını açıqlayıb. Bununla da yanaşı Kadırov ukraynalıların tezliklə “əsl xüsusi əməliyyat” görəcəklərini bildirib.
Ukraynalıları "şeytan" kimi xarakterizə edən Kadırov, “Cinlər təkcə ələ keçirdiyimiz şəhərlərdən deyil, bütün Ukraynadan təmizlənəcək. Necə qaçdıqlarını görəcəksiniz", - deyə ifadə edib.
Çeçen lider yayımladığı videoda Ukrayna lideri Vladimir Zelenskini də hədəfə alıb.
"Mən Zelenskiyə sonuncu dəfə xəbərdarlıq edirəm! Əllərinizi qaldırın və təslim olun. Əks halda öləcəksən".
Qeyd edək ki, keçən həftə Kadırov Ukraynanı silahla dəstəkləməyə davam etdikcə Polşaya hücum etməyə hazır olduqlarını bəyan etmişdi: "Əgər Ukraynadan sonra bizə komanda verilsə, 6 saniyə ərzində nə edə biləcəyimizi sizə göstərəcəyik”, - deyə bildirib.
Gülayə Mecid