Filippinin Sorsoqon əyalətində vulkan püskürməsi ilə əlaqədar 216 nəfər yaşayış yerindən təxliyə olunub.
"Unikal"ın məlumatına görə, bu barədə əyalətin qubernatoru bildirib.
Qeyd olunur ki, təxliyə olunanların böyük əksəriyyəti 18 yaşadək uşaqlardır. Qubernatorun sözlərinə görə, yeni püskürmə olmayacağı təqdirdə sakinlər iki-üç gün ərzində evlərinə qayıda bilər.
Filippindəki Bulusan vulkanı ötən gün 17 dəqiqə ərzində püskürüb və 150 metr hündürlüyədək kül sovurub.
Püskürmədən sonra bölgədə 29 vulkanik zəlzələ qeydə alınıb.