Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.
"Unikal" xəbər verir ki, akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun müvafiq sərəncamı ilə sessiya müddətində imtahanların mövcud normativ sənədlər əsasında təşkil edilməsi və onların gedişatına nəzarətin həyata keçirilməsi məqsədilə imtahan qərargahı yaradılıb.
Sessiya müddətində şikayətlərin araşdırılmasını təmin etmək üçün apelIyasiya komissiyası da fəaliyyət göstərir.
Qeyd edək ki, 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyul ayının 8-də yekunlaşacaqdır.