Türkiyə müdafiə sənayesi çərçivəsində hazırlanan yeni kamikadze pilotsuz uçuş aparatı Kargı ilk dəfə "EFES-2022 Təlimi" çərçivəsində nümayiş etdirilib.
"Unikal" TurkicWorld -ə istinadən xəbər verir ki, Kargı Layihəsi Lentatek-in rəhbərliyi altında ASELSAN, TÜBİTAK SAGE və TEI ilə əməkdaşlıqda həyata keçirilir.
Kütləvi şəkildə istehsalına sayılı günlərin qaldığı Kargı PUA-ları TÜBİTAK-ın dəstəyi ilə yerli və milli resurslarla hazırlanır.
Qeyd edək ki, düşmənə məxsus hava məkanında uzun müddət uçaraq hava hücumundan müdafiə radarlarını bloklamağa məcbur edən təyyarə, üzərindəki RF axtarış və məhvetmə sistemi ilə hədəfi taparaq müvəffəqiyyətlə məhv edə biləcək.