Daxili işlər orqanlarında yeni təyinat olub.

"Unikal"-ın məlumatına görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Knyaz Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Knyaz Həsənov Ağcəbədi rayon polis şöbəsinin rəisi təyin edilib.

Tural Əhmədov