Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı avtomobil 1977-ci il təvəllüdlü Arif Abasovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.