Rusiya daha 61 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyub.
"Unikal" Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu tədbir ABŞ-ın siyasi və ictimai xadimlərə, eləcə də Rusiyanın işgüzar dairələrinin nümayəndələrinə qarşı getdikcə genişlənən sanksiyalarına cavab olaraq həyata keçirilib.
“Stop siyahısı”na aparıcı hərbi-sənaye kompleksi korporasiyalarının, media platformalarının və reytinq agentliklərinin, aviasiya və gəmiqayırma şirkətlərinin rəhbərləri, habelə ABŞ Dövlət Departamentinin ayrı-ayrı məmurları olan 61 Amerika vətəndaşı daxil edilib" , - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.