İspaniyada azı 198 "meymunçiçəyi" virusuna yoluxma faktı öz təsdiqini tapıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bildirdiyinə görə, "meymunçiçəyi", əsasən, Afrikanın mərkəzində və qərbində ucqar ərazilərində rast gəlinən nadir virus xəstəliyidir.
Virus insanlara gəmiricilər və primatlardan keçir, insandan insana ötürülməsi isə məhdud xarakter daşıyır.