Ukraynalı diplomat Sergey Kislitsia BMT Təhlükəsizlik Şurasının iclas zalını tərk edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyuya istehza edib.
"Unikal" xəbər verir ki, bu barədə diplomat “Twitter” səhifəsində yazıb.
Belə ki, Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel iclas zamanı çıxışında Rusiya Federasiyasının nümayəndəsinə müraciət edib:
"Cənab səfir, düzünü deyək. Kreml ərzaq ehtiyatlarından inkişaf etməkdə olan ölkələrə qarşı görünməz raketlər kimi istifadə edir. Rusiya müharibəsinin dramatik nəticələri bütün dünyaya yayılır və ərzaq böhranı, yoxsulluq və bütün regionda sabitliyin pozulmasına təkan verir. Rusiya bu böhrana görə tam məsuliyyət daşıyır. Qara dənizdə Rusiya gəmiləri olduğu üçün milyonlarla ton taxıl konteynerlərdə, gəmilərdə gözləyir. Məhz Rusiyanın hücumları Ukraynanın infrastrukturunu məhv edir, Rusiya tankları, bombaları və minaları isə Ukraynanın əkin və məhsul yığımına mane olur. Kreml həmçinin taxıl anbarlarına hücum edir və Ukraynadan taxıl oğurlayır, başqalarını günahlandırır”, - Çarlz Mişel bildirib.
Bu sözlərdən sonra rus səfir ayağa qalxaraq iclası tərk edib.
“Cənab səfir, siz zalı tərk edə bilərsiniz. Bəlkə həqiqəti eşitməmək daha asandır”, - deyə Avropa Şurasının prezidenti cavab verib.
Bundan sonra rusyali səfir jurnalistlərə açıqlamasında Çarlz Mişeli "yalan danışmaqda" günahlandırıb.
Baş verənlərdən sonra Ukraynalı diplomat Sergey Kislitsia "Putinin nümayəndəsi heç vaxt bu qədər əsəbi olmamışdı", - deyə hadisəni şərh edib.
Gülayə Mecid
The Kremlin is using food supplies as a stealth missile against developing countries.
— Charles Michel (@eucopresident) June 6, 2022
This is driving up food prices, pushing people into poverty, and destabilising entire regions.
Russia is solely responsible for this food crisis.
Despite its campaign of lies.@UN #UNSC pic.twitter.com/luL28xXUWB