ABŞ dövlət katibinin müavini Vendi Şerman Pxenyanın həftə sonu keçirdiyi son ballistik raket sınağından sonra Şimali Koreyanın nüvə sınağı keçirəcəyi təqdirdə sərt cavab alacağını bildirib.
"Unikal" xəbər verir ki, Cənubi Koreyalı həmkarı ilə görüşdən sonra jurnalistlərə açıqlama verən ABŞ dövlət katibinin müavini Vendi Şerman istənilən nüvə sınağının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini pozacağını bildirib və kütləvi beynəlxalq reaksiya ilə bağlı xəbərdarlıq edib.
Raket sınağı ABŞ və Cənubi Koreya qüvvələrini hərəkətə keçməyə sövq edib. Ölkələr iki fərqli raket sınağı həyata keçirib.