İyunun 10-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sədrliyi ilə KTMT-nin baş katibi Stanislav Zasın iştirak edəcəyi KTMT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, diplomatik departamentlərin rəhbərləri beynəlxalq və regional təhlükəsizliyin vəziyyətini və onun təşkilata üzv dövlətlərin təhlükəsizliyinə təsirini müzakirə edəcəklər.