Yatdığı yerdə ərinin başına çəkiclə vurduğu qadın xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə, hadisə iyunun 1-də Sumqayıt şəhərindəki Yaşma bağlarında qeydə alınıb. Ruhi xəstə olan kişi yatdığı yerdə həyat yoldaşının başına çəkiclə xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən 1971-ci il təvəllüdlü Mustafayeva Bahar Saatxan qızı ötən gün orada vəfat edib.
Onun ruhi xəstə olan həya yoldaşı dəfələrlə müalicə alıb. Qadına xəsarət yetirdiyi gün də xəstəxanadan gəlibmiş.
Aynurə Xudaverdiyeva