Ermənistan paytaxt şəhəri İrəvanda müxalifət nümayəndələri yenidən etiraz aksiyasına qalxıblar.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, etirazçılar Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin qarşısında toplaşaraq, avropalı məmurların ölkə polisinin aksiyalar zamanı nümayiş etdirdikləri davranışa biganə qalmalarına öz narazılıqlarını bildiriblər.
Qeyd edəki, aprelin 25-dən Ermənistanda Baş nazir Nikol Paşinyan istefası tələbi ilə etiraz aksiyaları keçirilir.