Şimali İraqda 425 PKK terrorçusu məhv edilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"1 yanvardan etibarən 38-i böyük olmaqla 180 əməliyyat həyata keçirilib. Suriyada 1 256 terrorçu məhv edilib.1 yanvardan etibarən İran sərhədində 966 nəfər həbs edilib.  Yunanıstan ilin əvvəlindən 953 qanun pozuntusuna yol verib”, - məlumatda bildirilir.