"Liverpul" klubu təcrübəli futbolçusu Ceyms Milnerlə yeni müqavilə bağlayıb.

"Unikal" xəbər verir ki, sözləşmə bir mövsüm üçün nəzərdə tutulub.

36 yaşlı yarımmüdafiəçinin hazırkı sözləşməsi iyunun sonlarında başa çatacaq. Onun yeni anlaşmadan ötrü maaşını azaltmağa razılaşdığı bildirilir.