Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci il yanvar-may ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 120,03 faiz yerinə yetirib.
"Unikal" xəbər verir ki, bunu DGK sədri Səfər Mehdiyev "Twitter" səhifəsində bildirib.
"Belə ki, 2 milyard 63,79 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 344,39 milyon manat artıq deməkdir",- deyə S.Mehdiyev yazıb.