TƏBİB ötən gün Şəkidə dönərdən zəhərlənənlərin vəziyyəti ilə bağlı açıqlama yayıb.

Məsələ ilə bağlı TƏBİB-dən "Unikal"a bildirilib ki, 10 nəfər zəhərlənmə diaqnozu ilə 08.06.2022-ci il tarixində saat 22:50 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

"Vətəndaşlara zəruri təcili tibbi yardım göstərilib və vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Zəruri müayinələr tamamlandıqdan sonra vətəndaşların gün ərzində ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulur", - açıqlamada deyilir.
 

***

09:48

Şəmkirdə dönərdən zəhərlənənlərin adları məlum olub.

"Unikal"ın məlumatına görə, həmin şəxslər aşağıdakılardır:

2013-cü il təvəllüdlü Əlizadə Tamella Orxan qızı

2015-ci il təvəllüdlü Əlizadə Zəhra Orxan qızı 

2011-ci il təvəllüdlü Əliyeva Nəzrin Natiq qızı

2018-ci il təvəllüdlü İlyasova Nərminə Vüsal qızı

2020-ci il təvəllüdlü İlyasova Nihan Vüsal qızı

1993-cü il təvəllüdlü Rzayev Cəfər Elman oğlu

1999-cu il təvəllüdlü  Hüseynov Təbriz Elbəyi oğlu 

Qafarov Nurlan Mədət oğlu

Vəliyev Qəzənfər Baba oğlu.

***

08:33

Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb.

Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yardım göstərilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir.

Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov