Avropa İttifaqının Böhranların İdarə Edilməsi üzrə komissarı Janez Lenarçiç rus işğalçıları tərəfindən dağıdılan Kiyev bölgəsindəki İrpinə baş çəkib.
"Unikal" xəbər verir ki, o, bu barədə “ Twitter” səhifəsində məlumat yayıb.
"Bu gün İrpendə idim. Burada və başqa yerlərdə törədilən vəhşiliklər məni çox sarsıtdı. Mülki əhali və mülki infrastruktur heç vaxt, heç bir yerdə hədəf alınmamalıdır”, - Lenarçiç yazıb.
Today I was in Irpin. I was deeply shocked about the atrocities committed here but also elsewhere. Civilians and civilian infrastructure must not be a target, never, nowhere. Again, I most strongly condemn the deliberate 🇷🇺 attacks against 🇺🇦civilians and civilian infrastructure. pic.twitter.com/CDV0gpHnx2
— Janez Lenarčič (@JanezLenarcic) June 9, 2022