Siyəzəndə yaşayış evi yanıb.

"Unikal" report-a istinadən xəbər verir ki, yanğın H.Talıbov küçəsində çoxmərtəbəli yaşayış evində qeydə alınıb.

Yanğın zamanı şəhər sakinləri 1957-ci il təvəllüdlü Mədinə Əlirza qızı Yəhyayeva və 2004-cü il təvəllüdlü Röya İltimas qızı Yəhyayeva yanıq xəsarətləri alıblar.

Hər iki yaralı Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Yaralılara yuxarı ətrafın "A-B" dərəcəli texniki yanığı diaqnozu qoyulub.

Hadisə ilə bağlı araşdırma aparılır.