Neftçalada azyaşlı uşaq kollektorda boğulub.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Şəfəq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2010-cu il təvəllüdlü İbadlı Sahil Elçin oğlu kollektora düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.