Şəmkir sakini özünə xəsarət yetirib.

"Unikal"-ın  məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. 2003-cü il təvəllüdlü  E.Cömərdov qarın boşluğunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və o dərhal əməliyyat edilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 19 yaşlı gənc oğlan özü - özünə bıçaqla xəsarət yetirib. Onun hansı səbəbdən özünü bıçaqlaması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov