Ermənistanın Baş naziri Nikol Paşinyan bu  gün keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib. 

"Unikal" xəbər verir ki, Paşinyan  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı, Rusiyanın xarici işlər naziri Sergey Lavrovu, Belarusun xarici işlər naziri Vladimir Makeyi, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi, Qırğızıstanın xarici işlər naziri və KTMT-nin baş katibi Stanislav Zası qəbul edib.

O, çıxışında  KTMT-nin məsuliyyət zonasında vəziyyətin sabit olmadığını vurğulayıb:

"Mən təəssüflə deməliyəm ki, təşkilatımızın məsuliyyəti sahəsində vəziyyət o qədər də sabit deyil. Bu kontekstdə hesab edirəm ki, böhranın qarşısının alınması və vaxtında idarə olunması mexanizmlərinin tətbiqi üçün yaxından əməkdaşlıq etmək, məlumat mübadiləsi aparmaq, vəziyyəti qiymətləndirmək lazımdır".

***10:30

İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

"Unikal"  xəbər verir  ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Bildirilir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və KTMT-nin baş katibi Stanislav Zas mətbuata bəyanatlarla çıxış edəcəklər.

İclasın gündəliyinə beynəlxalq və regional təhlükəsizlik, KTMT-nin böhrana operativ reaksiya mexanizmlərinin gücləndirilməsi ilə bağlı məsələlər daxildir.

İclasdan sonra KTMT-yə üzv dövlətlərin nümayəndələri arasında 2022-2024-cü illər üçün xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə anlaşma memorandumunun imzalanması gözlənilir.

Gülayə Mecid