Qara dənizdəki Rusiya donanma qrupu daha bir sualtı qayıqla - qanadlı raketlərin daşıyıcısı ilə tamamlandı. Hazırda düşmən Ukraynanı 40 raketlə vurmağa hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə "Cənub" əməliyyat komandanlığının mətbuat katibi Vladislav Nazarov məlumat verib.
“Rusların Qara dəniz donanmasının başqa bir sualtı qayıq - qanadlı raket daşıyıcısı ilə gücləndirilmiş dəniz qrupu Qara dənizin şimal-qərb hissəsinin blokadasını davam etdirir. Dənizdən 40 qanadlı raketlə zərbə endirmə təhlükəsi yüksək olaraq qalır. Dənizdə böyük desant gəmisi də var”, - Nazarov bildirib.
Eyni zamanda, polkovnik Nazarov Ukraynanın cənubunun müdafiə qüvvələri düşmənin hücumlarını dəf etməyə hazır olduğunu qeyd edib.